Kateqoriyalar
Sırala
ID 0141836

“Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən mətbuat konfransı

“Yüksəliş” müsabiqəsinin mətbuat konfransı keçirilib. Müsabiqənin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev mətbuat konfransında qeyd edib ki, VI "Yüksəliş" müsabiqəsində iştirak üçün 17 651 nəfər müraciət edib. Onun sözlərinə görə, qeydiyyatdan keçən namizədlərin 13 101-i kişi, 4 550-si qadındır. Ərazi bölgüsünə əsasən, namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarını təmsil edir. Fərhad Hacıyev əlavə edib ki, ötən illə müqayisədə müsabiqəyə ictimai marağın və iştirakçı sayının artdığı müşahidə olunur. Onun sözlərinə görə, qeydiyyatdan keçənlərin əksəriyyəti ali təhsilini Azərbaycanda alıb və doktorantura/aspirantura səviyyəsində təhsil alan iştirakçıların sayı 1 185 nəfərdir.

Digər fotolar
arrow-up