Kateqoriyalar
Sırala
ID 0141853

Azərbaycanın "Avroviziya-2026" Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi Cəmilə Həşimova

Azərbaycanın "Avroviziya-2026" Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi JIVA (Cəmilə Həşimova) güclü vokalı, təcrübəli ifası və səhnə səmimiyyəti ilə tanınan azərbaycanlı müğənnidir. Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən "Bakı Payızı" müsabiqəsində ikinci yer qazanması ilə başlayır. 2007-ci ildə "Show Time" layihəsində iştirak edib, 2011-ci ildə isə "Avroviziya" milli seçim həftəsində ilk üçlüyə daxil olub. Müğənni müxtəlif musiqi layihələrində uğurla iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və Montrö Caz Festivalında səhnəyə çıxıb. Daha sonra "Hazz Band" qrupunun solisti kimi çıxış edərək caz elementlərini müasir estrada ilə birləşdirib. 2017-ci ildən etibarən JIVA solo karyerasını davam etdirir, pop, "dance" və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir. 2018-ci ildə o, "Jara" Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib, 2025-ci ildə isə Röya Ayxanın komandasında "Səs Azərbaycan" layihəsinin qalibi olub.

Digər fotolar
arrow-up