Kateqoriyalar
Sırala
ID 0141869

Bakıda sahibsiz itlər üçün fəaliyyət göstərən sığınacaq

Bakıda fəaliyyət göstərən heyvan sığınacağı illər keçdikcə böyüyərək yüzlərlə sahibsiz itin ümid yerinə çevrilib. 2018-ci ildə küçə itlərinə qapılarını açanda burada cəmi 70 heyvan var idi. Bu gün isə sığınacaqda 300-dən çox itə qulluq edilir. Sığınacağın sahibləri küçədən götürülən itləri əvvəlcə baytara aparır, müayinədən keçirir, peyvənd etdirir, daha sonra təhlükəsiz şəraitdə sığınacağa yerləşdirirlər. İlk vaxtlar bütün xərcləri öz vəsaitləri hesabına qarşılasalar da, sonradan heyvansevərlər də onlara dəstək olmağa başlayıb. Onların sözlərinə görə, Bakı küçələrində tərk edilmiş cins itlər də çoxdur. Sahibləri baxa bilmədikləri üçün bu heyvanlar küçəyə buraxılır. Xəstə itlərin müalicəsi isə ayrıca çətinlik yaradır. Onlar əvvəlcə başqa yerdə müalicə olunur, daha sonra sığınacağa gətirilir. Bu proses isə əlavə və yüksək xərclər tələb edir. Sığınacaq sahibləri hesab edirlər ki, problemin həlli yalnız heyvanları toplamaqla mümkün deyil. Cəmiyyətdə heyvanlara münasibətlə bağlı maarifləndirmə işləri aparılmalıdır. Xüsusilə valideynlər uşaqlara heyvanlara qarşı diqqətli, qayğıkeş və mərhəmətli davranmağı öyrətməlidirlər.

Teqlər
Digər fotolar
arrow-up