Kateqoriyalar
Sırala
ID 0141978

15 ildir tamet daşları hazırlayan Bülbül Babayeva

Bülbül Babayeva artıq 15 ildir ki, tamet daşları istehsal edən sexdə çalışır. Maddi ehtiyaclarını qarşılamaq üçün başladığı bu iş zamanla onun həyatının bir parçasına çevrilib. Ağır fiziki əməyə baxmayaraq, o illər keçdikcə işinə öyrəşdiyini və hər mərhələsini yaxşı mənimsədiyini deyir. Sexdə iş prosesi ardıcıl və diqqət tələb edən mərhələlərdən ibarətdir. Əvvəlcə qəliblər yağlanır ki, hazır məhsul asanlıqla çıxarılsın. Daha sonra palçıq xüsusi qurğuda qarışdırılır və hazır vəziyyətə gətirilir. Qarışıq qəliblərə doldurulduqdan sonra isə vibrasiya aparatı vasitəsilə sıxlaşdırılır və formaya salınır. Növbəti mərhələdə daşlar qurumağa buraxılır və tam sərtləşdikdən sonra istifadəyə hazır olur. Fiziki güc və incə dəqiqlik tələb edən bu sahə 65 yaşlı Bülbül Babayevanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.  

Teqlər
Digər fotolar
arrow-up