Kateqoriyalar
Sırala
ID 0142006

Cəlilabad rayonunun Günəşli kəndində yerləşən pravoslav kilsəsi

XIX əsrdən etibarən rus ailələrinin Azərbaycana köçürülməsi ilə onlar ölkənin müxtəlif bölgələrində məskunlaşıb və bir sıra pravoslav kilsələrinin tikintisinə başlanılıb. Həmin dini tikililərdən biri də Cəlilabad rayonunun Günəşli kəndində yerləşən və 1890-cı ildə inşa edilən pravoslav kilsəsidir. Uzun illər kəndin memarlıq simvollarından biri hesab olunan bu ibadətgah yerli pravoslav icmasının dini mərkəzi kimi fəaliyyət göstərib. Lakin sovet hakimiyyəti illərində kilsənin fəaliyyəti dayandırılıb. Rayon sakinlərinin sözlərinə görə, həmin dövrdə bina öz ilkin təyinatından uzaqlaşdırılaraq silah-sursat anbarı kimi istifadə edilib. Bu gün isə tikili bölgənin tarixi keçmişini yaşadan nadir nümunələrdən biri olaraq diqqət çəkir və yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.

Digər fotolar
arrow-up