Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru Rəşad Əzizov
Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru Rəşad Əzizov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr və magistr, Sankt-Peterburq Dövlət Universitetində isə aspirantura və doktorantura pillələrini bitirib. 2017-ci ildə “İnternet şəbəkəsində hüquqi tənzimləmə: müqayisəli və tarixi-hüquqi tədqiqat” mövzusunda elmi işi müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb. 2022-2023-cü illərdə Milan Politexnik Universitetində "Dövlət qulluğunda süni zəkanın istifadəsi" üzrə magistr dərəcəsi alıb. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Digər fotolar
