Kateqoriyalar
Sırala
ID 0142143

Azərbaycanda yaradılan ilk Moda Muzeyi

Bakıda fəaliyyət göstərən Moda Muzeyi 2026-cı ilin fevral ayından qapılarını ziyarətçilərin üzünə açıb. Azərbaycanın ilk moda muzeyi hesab olunan bu məkanda ümumilikdə 67 eksponat sərgilənir. Burada nümayiş olunan geyimlər mürəkkəb parça növləri, xəz, həqiqi dəri və zərgərlik aksesuarları ilə hazırlanıb, incə əl işləri ilə tamamlanıb. Xüsusi tikmə, muncuq işləmələri və dekorativ bəzək üsulları hər bir nümunəyə fərqli gözəllik qatır. Muzeydə təqdim olunan hər geyimin özünəməxsus tarixi və hekayəsi var. Kolleksiyada milli motivlər, ənənəvi ornamentlər və Azərbaycan mədəniyyətinin izləri müasir dizayn yanaşması ilə bir araya gətirilib. Bu məkan dəb, moda və dizayn sənətinə maraq göstərənlər üçün fərqli ziyarət ünvanıdır.

Digər fotolar
arrow-up