Kateqoriyalar
Sırala
ID 0142168

Cüdoçu Rəsul Səmədzadə

"Baku Oxford School"un səkkizinci sinif şagirdi, cüdoçu, 14 yaşlı Rəsul Səmədzadə xeyirxah əməlləri ilə tanınır. O, Uqandaya səfər edərək Çepuskiniya qəsəbəsində  içməli suyun təmin edilməsi üçün su kəmərinin çəkilişini təşkil edib. Nəticədə üç kənd və yerli məktəb su ilə təmin olunub, yüzlərlə insan əvvəllər əlçatmaz olan bu resursa çıxış əldə edib. Paralel olaraq sakinlərə ərzaq yardımı göstərilib. Eyni zamanda Rəsul Səmədzadə qəsəbədə yaşayan uşaqlara məktəb ləvazimatları və kompüterlər də təqdim edərək onların təhsil imkanlarının yaxşılaşdırılmasına təşəbbüs göstərib.

Digər fotolar
arrow-up