Kateqoriyalar
Sırala
ID 0142251

Füzuli şəhərində aparılmış bərpa işləri ilə bağlı keçirilən təqdimat

Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində aparılan bərpa işləri ilə bağlı təqdimat keçirilib. Təqdimat zamanı 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub. Açılışda bildirilib ki, körpələr evi-uşaq bağçası 2 mərtəbəli, 240 yerlik olmaqla 2,4 hektar torpaq sahəsində inşa edilib. Binada qrup, inzibati, yataq otaqları, rəqs, idman və musiqi zalları, hovuz, soyunub-geyinmə otaqları, mətbəx, müasir avadanlıqlarla təchiz olunmuş metodika otağı, kompüter otağı, həkim otağı, dezinfeksiya otağı, izolyator palata, camaşırxana, tərəvəzlərin ilkin emalı sexi, tərəvəz sexi, ət-balıq sexi, quru ərzaq anbarı, işçi heyəti üçün yeməkxana, elektrik və server otaqları, həmçinin həyətində oyun meydançaları və digər zəruri infrastruktur qurulub. Burada uşaqların ilkin biliklərə yiyələnməsi, rahatlığı və əylənməsi üçün bütün zəruri şərait yaradılıb.

Digər fotolar
arrow-up