Kateqoriyalar
Sırala
ID 0142358

Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumunun imzalanma mərasimi

Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bildirib ki, Liderlik və İnnovasiya üzrə IE Mərkəzi kimi layihələrin bəhrəsi və nəticələri gələcək onilliklərdə görünəcək. Onun sözlərinə görə, İspaniyanın IE Universiteti innovasiya, sahibkarlıq və bilik sahəsində qlobal universitetlərdən biridir və o, Azərbaycana dünya səviyyəli akademiya, tədris proqramı və dərslər gətirəcək. Rövşən Nəcəf qeyd edib ki, SOCAR bu təşəbbüsə vacib, irimiqyaslı və əhəmiyyətli layihə kimi yanaşacaq. Elm və təhsil naziri Emin Əmrullayev də Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılmasının azərbaycanlı peşəkarlara öz əlaqələrini təkmilləşdirməyə kömək edəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu təşəbbüs hökumət, özəl sektor və biznes sənayesi əməkdaşlığının çox vacib nümunəsidir. Tədbirin gedişatında İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev,​ iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, IE Universitetinin prezidenti Santyaqo İnyiqes de Onsonyo və "PAŞA Holdinq" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov Anlaşma Memorandumuna imza atıb.

Teqlər
Digər fotolar
icon
arrow-up