Kateqoriyalar
Sırala
ID 0142399

Skripkaçı Zərifə Alxazova

Skripkaçı Zərifə Alxazovanın musiqiyə olan marağı ailəsindən qaynaqlanır. Onun nənəsi dahi bəstəkar Üzeyir Hacıbəylinin tələbələrindən olub. Zərifə Alxazova ilk peşəkar musiqi təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində alıb. Daha sonra istedadı və peşəkarlığı sayəsində İsraildə universitetə qəbul olunub. O, cəmi 19 yaşında ikən məşhur skripkaçı Haqai Şaham tərəfindən Tel-Əviv Universitetindəki “The Buchmann-Mehta School of Music" məktəbində təhsil almaq üçün seçilən yeganə tələbə olub. Sənət fəaliyyəti ərzində Zərifə Alxazova müxtəlif beynəlxalq müsabiqə və festivallarda iştirak edib, Almaniya, Belçika, Finlandiya, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin səhnələrində çıxış edib. Hazırda isə o, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışaraq bilik və təcrübəsini gənc musiqiçilərlə bölüşür.

Digər fotolar
arrow-up