Kateqoriyalar
Sırala
ID 0142410

“Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbir

Bakıda "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbir keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı bir neçə vacib mərhələdən keçib. Onun sözlərinə görə, vaxtilə Ulu Öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi inkişafında böyük uğurlar əldə edilib. O qeyd edib ki, biznes mühitinin inkişafı, rəqabətin güclənməsi fərqli çağırışlar ortaya qoyub. Nazir Naxçıvanın ölkə iqtisadiyyatında payının artdığını və bu tendensiyanın gələcək illərdə daha da sürətlənəcəyinin proqnozlaşdırıldığını vurğulayıb. Mikayıl Cabbarov bildirib ki, Zəngəzur dəhlizinin təmin edilməsi bu baxımdan bölgənin daha sürətli inkişafına əhəmiyyətli töhfə verəcək. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə son 7 ildə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışanlar üçün tətbiq edilmiş gəlir vergisi tətili effektiv olub. Nazir əlavə edib ki, sözügedən sektorlarda muzdlu işçilərin sayı 1 milyon nəfəri keçib, əhalinin məşğulluğu nəzərəçarpacaq dərəcədə rəsmiləşdirilib, işləyən insanların pensiya sisteminə cəlb edilməsi məsələsi demək olar ki, həll edilib.

Digər fotolar
arrow-up