Kateqoriyalar
Sırala
ID 0142529

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova sənətşünas, Əməkdar mədəniyyət işçisidir. O, 2000-ci ildə jurnalistika ixtisası üzrə bakalavr, 2007-ci ildə iqtisadiyyat və menecment ixtisası üzrə magistratura pillələrini bitirib. 2016-cı ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 1999-2009-cu illərdə Muzey Mərkəzinin Beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri, 2009-2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, direktor müavini vəzifələrində işləyib. 2018-ci ildə "İçərişəhər" Muzey Mərkəzinin direktoru təyin edilib. Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin edilmədən öncə isə Heydər Əliyev Mərkəzinin Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru vəzifəsində çalışıb.

Digər fotolar
arrow-up