Kateqoriyalar
Sırala
ID 0142552

Cənubi azərbaycanlı xoreoqraf Saşar Zərif

Kanadalı xoreoqraf, ifaçı və pedaqoq Saşar Zərif İranda azərbaycanlı ailədə anadan olub. Daha sonra ailəsi ilə birlikdə İrandan Türkiyəyə, Türkiyədən isə Kanadaya köçüb. Kanadada məktəbi bitirib Vaterloo Universitetində tibb mühəndisliyi ixtisası üzrə təhsil alsa da, bu sahədə fəaliyyət göstərməyib. İkinci təhsil kimi Vaterlo Universitetində Mədəniyyətşünaslıq ixtisasını oxuyub və York Universitetinin Rəqs departamentində 13 il pedaqoq işləyib. O, 35 ildir ki, rəqsdə əsrlərdən gələn ənənə ilə müasirlik arasında körpü qurmağa çalışır. Tanınmış rəqqasın görkəmli xanəndə Alim Qasımovla Torontoda İncəsənət Mərkəzindəki uğurlu çıxışından sonra Bakıda Milli Konservatoriyada keçirilən konsertdə muğamın sədaları altında rəqs performansları böyük maraqla qarşılanıb.

Digər fotolar
arrow-up