Kateqoriyalar
Sırala
ID 0142559

İşıq və rənglərin harmoniyasından ilham alan rəssam Xanlar Əsədullayev

Uşaqlıq illərindən təsviri sənətə maraq göstərən rəssam Xanlar Əsədullayev 2003-cü ildən peşəkar fəaliyyətə başlayıb. Təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecində alıb, daha sonra Akademiyanın Təsviri sənət fakültəsinin rəngkarlıq ixtisasını bitirib. 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun yaradıcılığında əsas ilham mənbəyi işıq və rənglərin harmoniyasıdır. Günəş şüalarının müxtəlif səthlərdə yaratdığı dəyişkənlik, günün ayrı-ayrı saatlarında rənglərin aldığı çalarlar rəssamın əsərlərində xüsusi yer tutur. Şəhər mənzərələri, küçə həyatının sadə, lakin estetik məqamları, həmçinin natürmort kompozisiyaları onun sevdiyi mövzulardandır. Xanlar Əsədullayev əsərlərində impressionist və realist yanaşmanın sintezindən istifadə edir. Rəng seçimində isə daha çox isti – sarı, narıncı və qızılı çalarlara üstünlük verir. O, bu rənglərlə tamaşaçıya sakitlik və nostalji hissləri ötürməyə çalışır. Rəssam üçün tablo üzərində işləyərkən ən vacib məqam kompozisiya və işıq balansıdır. O hesab edir ki, əsər yalnız vizual baxımdan deyil, emosional təsir gücü ilə də yadda qalmalıdır. Xanlar Əsədullayev yaradıcılığı dövründə bir sıra yerli və beynəlxalq sərgilərdə iştirak edib, xüsusilə Avropa və Türkiyədə keçirilən sərgilər ona əvəzolunmaz təcrübə qazandırıb.

Digər fotolar
arrow-up