"Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfrans
Bakıda "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda konfrans keçirilir. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, qadınların fəallığının artması üçün həyata keçirilən tədbirlər müsbət nəticələrini sürətlə göstərir. O, qadınların sosial həyatın fəal iştirakçıları olmaqla, həm də ölkənin iqtisadi inkişafına töhfə verən aktiv biznes subyektlərinin rəhbərləri kimi çıxış etdiklərini bildirib. Komitə sədri onu da vurğulayıb ki, qadınların tam və bərabər iştirakı olmadan inklüziv inkişaf təmin edilə bilməz.
Digər fotolar
