Kateqoriyalar
Sırala
ID 0142662

Bakıda keçirilən gənclərin postkolonial dövrdə roluna həsr olunmuş beynəlxalq forum

Bakıda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil edilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda forum keçirilir. Forumda 17 ölkənin nümayəndəsi iştirak edir. Tədbirdə ilk dəfə olaraq gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış mütəxəssislər, səhiyyə sahəsi üzrə ekspertlər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edirlər. İştirakçılar arasında indiki və keçmiş müstəmləkələrdən nümayəndələrin olması müzakirələri xüsusilə aktual edir. Forumun yekunları üzrə ədalətli və inklüziv postkolonial dünya nizamının formalaşmasında gənclərin rolunun gücləndirilməsinə dair təkliflərin hazırlanması planlaşdırılır. Həmçinin müstəmləkəçiliyə məruz qalmış ərazilərdə kolonial idarəçiliyə və neokolonial siyasətə son qoyulması, öz müqəddəratını təyinetmə prosesinin, eləcə də BMT-nin Dekolonizasiya siyahısına daxil edilmiş ərazilərin azad olunmasının sürətləndirilməsi, digər müstəmləkələrin bu siyahıya daxil edilməsi, eləcə də hazırda müstəmləkə ərazilərində yerli əhalinin üzləşdiyi çoxsaylı problemlər, eyni zamanda, etnik azlıqlara qarşı repressiv siyasət aparan hökumətlərin təzyiqləri nəticəsində ölkələrini tərk etmək məcburiyyətində qalan gənclərlə bağlı məsələlərin həlli müzakirə ediləcək.

Digər fotolar
arrow-up