Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb. Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir. Səfər çərçivəsində qonaqlar Xankəndiyə gələrək Qarabağ Universitetini, universitetin Biznes və iqtisadiyyat fakültəsinin binasını ziyarət edib, burada tədris prosesi, tələbələr və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.
Digər fotolar
