Xarici diplomatların Şuşa şəhərinə səfəri
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa şəhərində olublar. Nümayəndə heyəti burada şəhərin tarixi və aparılan bərpa işləri ilə tanış olub. Bundan başqa, xarici diplomatlar Şuşa qalasını ziyarət edib, bu tarixi məkanla tanış olublar. Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndələri iştirak edir.
Digər fotolar
