Kateqoriyalar
Sırala
ID 0142906

Diplomatik korpusun nümayəndələrinin Laçına səfəri

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Laçın şəhərində yerləşən “Zerti Aqro Sənaye Parkı”nda fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvan saxlama müəssisələri, eləcə də istixana və tinglik komplekslərinin fəaliyyəti ilə də tanış olublar. Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir. Bu, xarici diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 21-ci səfəridir.

Digər fotolar
arrow-up