Kateqoriyalar
Sırala
ID 0142971

Keçəçi rəssam və dizayner Günel Hüseynova

Keçəçi rəssam və dizayner Günel Hüseynova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsilini başa vurduqdan sonra magistr pilləsində oxuyub. O, hələ uşaq yaşlarından dekorativ tətbiqi sənətin bəzi növləri ilə məsələn, toxuculuq, xalçaçılıq, muncuq işi və s. ilə məşğul olub. Akademiyada oxuyarkən isə biliklərini daha da təkmilləşdirib və tətbiqi sənətin başqa növlərini də öyrənməyə fürsət tapıb. Rəssam köklərinə bağlı olduğu üçün milli dəyərlərə önəm verdiyini, bu səbəbdən qədim sənət növlərinə maraq duyduğunu söyləyir. O, zamanla keçə sənəti ilə maraqlanaraq onun unudulmuş bir sənət olduğunu görüb və keçə sənəti ilə məşğul olmağa başlayıb. Yaratdığı əsərlərdə milli motivlərdən aktiv istifadəyə üstünlük verən Günel Hüseynova daim müasirliklə tarixi motivləri özündə birləşdirən əsərlər yaratmağa çalışır.

Digər fotolar
arrow-up