Kateqoriyalar
Sırala
ID 0142990

WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı nəqliyyatın idarə edilməsi ilə bağlı rəqəmsal xəritə hazırlanıb və ictimaiyyətə təqdim edilib. Nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə çıxış edən WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov bildirib ki, WUF13 zamanı "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən habdan 24 saat fasiləsiz şəkildə K1 marşrutu həyata keçiriləcək. Onun sözlərinə görə, insanların tədbirin keçiriləcəyi məkana daşınması üçün 9 şəhər nəqliyyat mübadilə mərkəzi seçilib və 2 şəhərdaxili müntəzəm avtobus xətti istifadəyə veriləcək. Ümumi 67 şəhərdaxili dayanacaq istifadə olunacaq, hava limanı üzrə isə müntəzəm 6 avtobus xətti olacaq. WUF13-də iştirak etmək üçün müxtəlif ölkələrdən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

Digər fotolar
arrow-up