Kateqoriyalar
Sırala
ID 0143050

Bakı Ekspo Mərkəzində keçirilən VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı

Bakıda 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində "Qızıl Şah" Milli Kulinariya Çempionatına start verilib. 4 gün davam edəcək çempionat Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının ("Wordlchefs") tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunub. 5-8 may tarixlərini əhatə edəcək çempionatın keçirilməsində əsas məqsəd qastronomiyanın inkişafına töhfə vermək, o cümlədən qastroturizm potensialının genişləndirilməsini, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşpazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişaf etdirilməsini, eləcə də milli mətbəx nümunələrimizin hazırlanma metodologiyasının dünya aşpazları tərəfindən öyrənilməsini, bütövlükdə ölkəmizin qastroturizm destinasiyası kimi tanınmasını təmin etməkdir. Yarışlarda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan komandalar iştirak edir. VI "Qızıl Şah" Milli Kulinariya Çempionatının münsiflər heyəti ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan, "Worldchefs" tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlardan ibarətdir.

Digər fotolar
arrow-up