Kateqoriyalar
Sırala
ID 0143198

12 may - Beynəlxalq Tibb Bacısı Günü

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Həmin tarixin seçilməsi təsadüfi deyil. Mayın 12-si ilk ingilis tibb bacısı Florens Haytingelin doğum günüdür. O, 1820-ci ildə İtaliyanın Florensiya şəhərində zəngin ingilis ailəsində dünyaya gəlib. 1853-1856-cı illərdə Krım müharibəsi zamanı ilk dəfə “Şəfqət xidməti” təşkil edib. Xüsusən döyüş bölgələrində əsgərlərə yardım göstərən Florens müasir tibb bacısı peşəsinin əsasını qoyub. Mərhəmətli peşə sahiblərini birləşdirən Tibb Bacılarının Beynəlxalq Məsləhət Şurası həmin günü məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təsis edib. İlk azərbaycanlı şəfqət bacısı isə general Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya olub. O, Birinci Dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib. Hazırda Azərbaycanda tibb bacısı hazırlayan tədris ocaqlarından olan 2 nömrəli Bakı Baza Tibb Kollecinin bünövrəsi 1936-cı ildə yaradılan Bakı Orta Tibb Məktəbinin əsasında qoyulub. Baza statusuna görə 2 nömrəli Bakı Baza Tibb kolleci respublikada fəaliyyət göstərən tibb kolleclərinə metodik köməklik göstərir, onları hazırlanmış və təsdiq olunmuş tədris-metodiki sənədlər, tədris planları, fənn proqramları və metodik tövsiyələrlə təmin edir, təşkil olunmuş konfranslara və təlimlərə dəvət edir.

Digər fotolar
arrow-up