Kateqoriyalar
Sırala
ID 0143237

Abşeron dairəvi dəmir yolu xəttində istifadəyə verilən "Dərnəgül" dayanacağı

Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağı istifadəyə verilib. Bu gün səhər saatlarından artıq stansiyada qatarlar dayanır. Məlumata görə, "Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlərin icrası üçün müvafiq iş görülür, sərnişindaşıma xidmətini daha da təkmilləşdirmək istiqamətində növbəti addım olaraq bu stansiyada işlər yekunlaşdırılıb. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib ki, Bakı-Xırdalan-Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib. Onun sözlərinə görə, dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb.

Digər fotolar
arrow-up