Kateqoriyalar
Sırala
ID 0143313

Əməkdar jurnalist Mixail Qusman

Rusiyalı jurnalist və televiziya aparıcısı Mixail Qusman 23 yanvar 1950-ci ildə Bakı şəhərində anadan olub. Uzun illər Rusiyanın ən nüfuzlu informasiya agentliklərindən biri olan TASS-da rəhbər vəzifələrdə çalışıb və baş direktorun birinci müavini olub. O, 2000-ci ildən yayımlanan “Güc formulu” televiziya layihəsinin müəllifi və aparıcısı kimi dünya siyasətçiləri ilə müsahibələri ilə tanınıb. Jurnalistika və beynəlxalq kommunikasiya sahəsində xidmətlərinə görə Rusiyanın Əməkdar jurnalisti və Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb. UNESCO ilə əməkdaşlıq edən Mixail Qusman qurumun informasiya və kommunikasiya layihələrində də fəal iştirak edib. O, həmçinin Azərbaycanın “Şöhrət”, “Dostluq” və “Şərəf” ordenləri ilə təltif olunub.

Teqlər
Digər fotolar
arrow-up