Kateqoriyalar
Sırala
ID 0143328

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Lənkəranda yerləşən ev-muzeyi

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun Lənkərandakı ev-muzeyi 9 may 1969-cu ildə açılıb. Muzeyin binası yerli memarlıq üslubunda çiy kərpicdən tikilmiş birmərtəbəli və açıq eyvanlı evdir. Muzeyin həyətində Həzi Aslanovun səkkiz yaşında olarkən əkdiyi innab ağacı hələ də qorunub saxlanılır. Beş otaqlı muzeyin ekspozisiya zallarında qəhrə­manın doğulub boya-başa çatdığı mühit, 1924–1940-cı illərdə Bakıda və Leninqradda hərbi məktəblər­də təhsil aldığı dövr, eləcə də Finlan­diya döyüşləri, Moskva və Stalinqrad uğrunda (1941–1943) ge­dən döyüşlər, eyni zamanda 1944–1945-ci illərdə göstərdiyi qəhrəmanlıqlar əks olunur. Ümumilikdə muzeydə iki mindən ar­tıq eksponat mövcuddur. Bunların 484-ü əsas, 1930-u isə köməkçi fondda yerləşir.

Digər fotolar
arrow-up