Kateqoriyalar
Sırala
ID 0143594

İlahiyyat İnstitutunda “Ailə dəyərləri” mövzusunda keçirilən açıq dərs

Mayın 14-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak ediblər. Açıq dərsin keçirilməsində məqsəd milli ailə dəyərlərinin təşviqi, mənəvi dəyərlərə hörmət hissinin aşılanması, gənc nəslin gələcəkdə sağlam təməllər üzərində ailə qurmağa hazırlanması istiqamətində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi və ailə institutunun qorunmasında gənclərin rolunun artırılmasıdır. Açıq dərsin keçirilməsində məqsəd milli ailə dəyərlərinin təşviqi, mənəvi dəyərlərə hörmət hissinin aşılanması, gənc nəslin gələcəkdə sağlam təməllər üzərində ailə qurmağa hazırlanması istiqamətində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi və ailə institutunun qorunmasında gənclərin rolunun artırılmasıdır. Tədbirdə təqdimatlarla çıxış edən tələbələrə təşəkkürnamələr təqdim olunub.

Teqlər
Digər fotolar
arrow-up