Kateqoriyalar
Sırala
ID 0143676

"Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfrans

"Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə "Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının fomalaşdırılması" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, Azərbaycan şəhər inkişafının keyfiyyətcə yeni modelini formalaşdırır. Onun sözlərinə görə, bu gün Azərbaycanda şəhərlər sadəcə bərpa edilmir, həm də faktiki olaraq müasir tələblər əsasında yenidən qiymətləndirilir. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhərlər sadəcə bərpa edilmədiyinin, həm də yenidən qiymətləndirildiyi bir transformasiyanın şahidi oluruq. O, Bakı Dövlət Universitetinin gələcəkdə şəhərlərin inkişafında mühüm qərarları qəbul edən şəxslərə çevriləcək yeni nəsil mütəxəssislər - analitiklər, şəhərsalma mütəxəssisləri və innovatorlar hazırladığını vurğulayıb.

Digər fotolar
icon
arrow-up