Kateqoriyalar
Sırala
ID 0143742

WUF13 öncəsi paytaxt Bakıda ab-hava

Mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökumətinin birgə təşkil etdiyi forum mayın 22-dək davam edəcək. “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan sessiyada şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim çağırışları və insan rifahı ilə bağlı qlobal məsələlər müzakirə olunacaq. Forum ərəfəsində paytaxtda hazırlıq işləri artıq yekun mərhələyə çatıb. Şəhərin əsas küçə və prospektlərində xüsusi hərəkət zolaqları ayrılıb, istiqamətləndirici lövhələr yerləşdirilib. Bakının müxtəlif nöqtələrində hiss olunan WUF13 ab-havası paytaxtın beynəlxalq tədbirə tam hazır olduğunu göstərir.

Digər fotolar
arrow-up