Kateqoriyalar
Sırala
ID 0143799

WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masası

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günü çərçivəsində nazirlərin dəyirmi masası başlayıb. Tədbirdə Azərbaycanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev təmsil edir. Tədbir zamanı Komitə sədri bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yarıdan çoxu "yaşıl zona" olacaq. Onun sözlərinə görə, layihələr çərçivəsində bərpa olunan enerji, ekoloji yanaşmalar və müasir urbanizasiya prinsipləri əsas prioritetlərdən biridir. Anar Quliyev qeyd edib ki, son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları investisiya yatırılıb.

Digər fotolar
arrow-up