Kateqoriyalar
Sırala
ID 0144024

Qazaxıstanlı bloger Elmira Asiyeva

Qazaxıstanlı Elmira Asiyeva bir ildir Bakı şəhərində yaşayır. O, Qazaxıstanda çalışdığı tikinti şirkəti tərəfindən Bakı ofisində fəaliyyət göstərmək üçün marka meneceri vəzifəsinə təyin olunaraq Azərbaycana göndərilib. Bakıya köçdükdən sonra Elmira Asiyeva buradakı həyatını sosial şəbəkələrdə paylaşır, başqa bir ölkəyə uyğunlaşma prosesi, mədəni fərqlər və gündəlik həyat barədə məzmunlar hazırlayır. Onun üçün Bakıdakı həyat həm peşəkar, həm də şəxsi inkişafı baxımından mühüm bir mərhələ olub. O, Bakının havasını və memarlığını çox bəyəndiyini, həmçinin insanların yardımsevər və mehriban olmasının onda xoş təəssürat yaratdığını bildirir.

Teqlər
Digər fotolar
arrow-up