Kateqoriyalar
Sırala
ID 0144061

Bakıda keçirilən WUF13-ün açılışına həsr olunmuş mətbuat konfransı

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax və Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq iştirak edirlər. Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) təkcə Azərbaycan üçün deyil, həm də dünya ölkələri üçün vacib tədbirdir. Onun sözlərinə görə, Azərbaycan 2021-ci ildən bəri davamlı şəhərsalma üzrə dialoq üçün mühüm milli platforma yaradaraq Milli Şəhərsalma Forumlarını aktiv şəkildə təşkil edir. O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək həm böyük bir məsuliyyət, həm də beynəlxalq birliyin və UN-Habitat-ın Azərbaycana olan güclü etimadının göstəricisidir. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax isə belə bir kritik dövrdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçün məkan təqdim etdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.

Teqlər
Digər fotolar
arrow-up