Kateqoriyalar
Sırala
ID 0144109

Bakıda keçirilən WUF13 tədbirinin ikinci günü

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü işinə başlayıb. Bu gün WUF tarixində ilk dəfə Liderlər Sammiti baş tutacaq. Bundan başqa, forumun ikinci günündə WUF13-ün rəsmi açılış mərasiminin mətbuat konfransı keçirilib. Mətbuat konfransında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri və şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində prioritet məsələlər müzakirə olunub. Gün ərzində Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü və MINURVI-nin - Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyyəli Rəsmilər Forumunun sessiyası da keçiriləcək. Mayın 22-dək davam edəcək forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib.

Digər fotolar
arrow-up