Kateqoriyalar
Sırala
ID 0144168

WUF13 çərçivəsində keçirilən “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti” mövzusunda tədbir

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti” mövzusunda tədbir keçirilib. Tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Baku Hub) və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə baş tutur. Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave, Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və digər şəxslər iştirak edir. Sessiyalar zamanı iqlim dəyişiklikləri, post-münaqişə dövründə dayanıqlı yaşayış məntəqələrinin qurulması, təhlükəsiz geri dönüş mexanizmləri, şəhər dayanıqlılığı məsələləri müzakirə olunacaq.

Teqlər
Digər fotolar
icon
arrow-up