Kateqoriyalar
Sırala
ID 0144174

WUF13 çərçivəsində keçirilən "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və işlədiyi məkanlar deyil, getdikcə onlar diplomatiyanın, ticarətin, infrastrukturun, texnologiyanın, iqlim fəaliyyətinin və regional əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilirlər. Onun sözlərinə görə, dayanıqlı inkişafın gələcəyi böyük ölçüdə şəhərlərimizi yalnız fiziki baxımdan deyil, həm də iqtisadi, rəqəmsal, institusional və sosial cəhətdən nə dərəcədə uğurla birləşdirəcəyimizdən asılı olacaq. Nazir qeyd edib ki, Azərbaycan keçmiş münaqişə zonasına milyardlarla dollar sərmayə yatırır və onun genişmiqyaslı yenidənqurma işləri eyni zamanda sülh quruculuğu strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.

Digər fotolar
icon
arrow-up