Kateqoriyalar
Sırala
ID 0144223

WUF13 çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı" adlı dialoq sessiyası

Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı" adlı dialoq sessiyası keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, qanunsuz tikililərə sadə amnistiya tətbiqi müəyyən dövrdə sosial problemlərin həllinə kömək edə bilər, lakin uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər. Onun sözlərinə görə, 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu prosesi ilə bağlı ciddi çağırışlarla üzləşib, sonrakı onillikdə isə əsasən iqtisadi çətinliklərdən qaynaqlanan ilk məcburi sosial miqrasiya dalğası o vaxtkı vəziyyətə təsir göstərib. Nazir əlavə edib ki, müvafiq addımlar çoxmənzilli yaşayış binalarının qeydiyyatı və şəhərsalma standartlarına minimum səviyyədə cavab verən bəzi qeyri-rəsmi yaşayış məntəqələri üçün müəyyən amnistiya mexanizmlərinin tətbiqini əhatə edib. Mikayıl Cabbarov 2020-ci ildən başlayaraq bu günədək davam edən dövrün əsasən "Böyük Qayıdış" prosesi ilə yadda qaldığını vurğulayıb. O, bildirib ki, 30 ildən artıq müddətdən sonra insanlar nəhayət öz doğma torpaqlarına qayıdırlar və azad edilmiş ərazilərə sakinlərin qayıdışı ölkədə mənzil təminatına düşən yükün azalmasına kömək edir.

Digər fotolar
icon
arrow-up