Kateqoriyalar
Sırala
ID 0144259

Bakıda keçirilən WUF13 tədbirinin dördüncü günü

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində açılışı olan "Urban Expo" sərgisində Azərbaycan pavilyonu nümayiş etdirilir. Ümumi sahəsi 1500 kvadratmetr olan pavilyonun dizayn konsepsiyası Heydər Əliyev Mərkəzinin memarlıq üslubundan ilhamlanaraq hazırlanıb. Pavilyonun mərkəzində Azərbaycanın “Odlar Yurdu” kimliyini simvolizə edən xüsusi instalyasiya yerləşdirilib və burada ölkənin keçmişdən gələcəyə uzanan inkişaf yolu əks olunur. Ekspozisiyada İçərişəhərə xüsusi yer ayrılıb. Burada Bakının Baş planı, şəhərin müxtəlif inkişaf mərhələləri və paytaxtın urban transformasiyası nümayiş etdirilir. Pavilyonun ən böyük seqmentlərindən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələrinə həsr olunub. Təqdim olunan məlumatlara əsasən, artıq 8 şəhərin baş planı və 100-dən çox kəndin ərazi planlaşdırılması təsdiqlənib, daha 4 şəhərin baş planı hazırlanır. İndiyədək 3 milyon kvadratmetrdən çox tikinti sahəsinə icazə verilib, 43 yaşayış məntəqəsinə isə əhali köçüb. Pavilyonda Azərbaycanın turizm imkanları virtual formatda təqdim edilir. WUF13 çərçivəsində burada 20-dən çox tədbirin və təqdimatın keçirilməsi planlaşdırılır.

Digər fotolar
arrow-up