Kateqoriyalar
Sırala
ID 0144317

WUF13 çərçivəsində keçirilən "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma" adlı tədbir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbir keçirilir. Tədbirdə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax bildirib ki, ölkələr qeyri-rəsmi məskunlaşma sahələrini aradan qaldırmalı, yeni evlər tikməlidilər. Onun sözlərinə görə, mənzil probleminin və mənzil böhranının necə həll olunacağı ilə bağlı cəmiyyətlə razılığa gəlmək lazımdır. O bildirib ki, mənzil maliyyələşdirməsində torpaq fundamental məsələdir, çünki torpaq bahadır və getdikcə bahalaşır. Onun sözlərinə görə, ən vacib məqam heç bir ölkənin mənzil problemini beynəlxalq maliyyə ilə uzunmüddətli və davamlı şəkildə həll edə bilməməsidir. Uruqvayın mənzil və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin isə qeyd edib ki, mənzil sosial həmrəyliyi gücləndirən rıçaqdır. Onun sözlərinə görə, mənzil tikmək həm də yaşayış mühiti (habitat) yaratmaq mənasına gəlir. Nazir əlavə edib ki, mənzil siyasəti təcrid deyil, inteqrasiya yaratmalıdır.

Digər fotolar
arrow-up