WUF13 çərçivəsində keçirilən "Münaqişədən sonra şəhər yenidənqurması: Humanitar mina təmizlənməsinin kritik rolu" adlı sessiya
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Münaqişədən sonra şəhər yenidənqurması: Humanitar mina təmizlənməsinin kritik rolu" adlı sessiya keçirilib. Tədbirdə çıxış edən ANAMA İdarə heyətinin sədri Vüqar Süleymanov bildirib ki, minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda, bərpa və yenidənqurmanın əsas təməlidir. Onun sözlərinə görə, bu fəaliyyət yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır. Sədr bildirib ki, 2020-ci ilin noyabr ayından etibarən, azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib, 250 mindən artıq mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
