Kateqoriyalar
Sırala
ID 0144388

WUF13 çərçivəsində keçirilən "Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi" mövzusunda sessiya

WUF13 çərçivəsində "Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi" mövzusunda sessiya keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib ki, iqlim dəyişmələrinin nəticələri dünyanın hər yerində hiss olunur. Onun sözlərinə görə, artıq şəhərlərin inkişafı və məskunlaşmanın təmin edilməsi yalnız iqtisadi göstəricilər əsasında deyil, həm də ətraf mühitin qorunması, sosial rifahın və iqlim dayanıqlığının prinsipləri nəzərə alınmaqla planlaşdırılmalıdır. Nazir vurğulayıb ki, indiki və gələcək nəsillərin tələbatını ödəmək üçün "yaşıl" texnologiyaların tətbiqi, enerjidən səmərəli istifadə, habelə dairəvi iqtisadiyyata və rəqəmsal idarəetməyə keçid zəruridir. Bu baxımdan, Rəşad İsmayılov "yaşıl iqtisadiyyat"ın əsas komponenti olan Strateji Ekoloji Qiymətləndirmənin planlamada tətbiqinin mühüm ekoloji idarəetmə aləti olduğunu qeyd edib.

Digər fotolar
icon
arrow-up