Kateqoriyalar
Sırala
ID 0144420

WUF13-ün yekunlarına həsr olunmuş mətbuat konfransı

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün Milli Koordinatoru Anar Quliyev bildirib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında indiyə qədər onlayn rejim daxil olmaqla, 58 mindən çox şəxs iştirak edib. Onun sözlərinə görə, bu forumda gələcəyin əməkdaşlığının təməli atılıb. Tədbir çərçivəsində 400-dən çox spiker çıxış edib, onların 60-ı Azərbaycandan olub. Sədr əlavə edib ki, WUF13 Forumun gələcəyini və qlobal əməkdaşlığı formalaşdıracaq bir sıra mühüm yenilikləri təqdim edib. O, WUF13-ün özündən sonra da davamlı miraslar qoyacağını vurğulayıb. Anar Quliyevin sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə yaradılan və tədbir çərçivəsində təqdim olunmuş yeganə beynəlxalq mükafat - Bakı Şəhərsalma Mükafatı bu mirasın ən mühüm nümunəsidir.

Digər fotolar
arrow-up