Kateqoriyalar
Sırala
ID 0144548

Bakı Enerji Həftəsi və "TransLogistika Caspian" sərgisinə həsr olunmuş mətbuat konfransı

İyunun 1-də Bakı Ekspo Mərkəzində açılacaq Bakı Enerji Həftəsi və "TransLogistika Caspian" sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, Bakı Enerji Həftəsində bu il 45 ölkədən beynəlxalq və yerli şirkətlər iştirak edəcək. Onun sözlərinə görə, builki proqram çərçivəsində enerji təhlükəsizliyi, "yaşıl enerji", neft-qaz layihələri, bərpa olunan enerji mənbələri, regional əməkdaşlıq və investisiya imkanları əsas müzakirə mövzuları olacaq. Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təhlükəsizliyi şöbəsinin müdiri Amil Həsənov isə qeyd edib ki, Bakı Enerji Həftəsi çərçivəsində D-8 ölkələrinin nazirlərinin enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, regional enerji əməkdaşlığı və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi planlaşdırılır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Emin Sevdimalıyev Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın "Etibarlı tərəfdaş, güvənli enerji" konsepsiyasını təqdim edəcəyini vurğulayıb. Onun sözlərinə görə, 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində təqdim olunacaq SOCAR stendinin dizayn konsepsiyası məhz bu ideya əsasında hazırlanıb.

Digər fotolar
arrow-up