Kateqoriyalar
Sırala
ID 0144591

Altı illik fasilədən sonra Bakıdan Tbilisiyə yola düşən ilk sərnişin qatarı

Mayın 25-də altı illik fasilədən sonra Bakıdan Tbilisiyə ilk sərnişin qatarı yola salınıb. Əks istiqamətdə isə qatar Tbilisidən saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq. Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların dayanacağı Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyaları olaraq təyin olunub. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanır. Bakıdan Tbilisiyə qatarla səfər müddəti təxminən 9 saat 30 dəqiqə təşkil edir, bunun təqribən 2 saatı sərhəd-gömrük prosedurlarına sərf olunur - hər iki ölkənin sərhədində 1 saatlıq yoxlama həyata keçirilir.

Digər fotolar
arrow-up