Kateqoriyalar
Sırala
ID 0144651

Bakıda keçirilən “Xəzər regionuna investisiyalar” adlı panel

Bakıda “Xəzər regionuna investisiyalar” adlı işgüzar panel keçirilib. Tədbirdə çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların ümumi məbləği 350 milyard ABŞ dollarını ötüb. Onun sözlərinə görə, qeyd olunan məbləğin yarıdan çoxu xarici kapital qoyuluşunun payına düşür. AZPROMO rəhbəri qeyd edib ki, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi də dövlətin əsas vəzifəsidir. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması yeni investisiya perspektivlərinin yaranmasına təkan verəcək. Yusif Abdullayev bildirib ki, ötən ilin avqustun 8-də Azərbaycanla Ermənistan birgə bəyannamə imzalayıb və bu, Ermənistanla qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olub.

Teqlər
Digər fotolar
arrow-up