Kateqoriyalar
Sırala
ID 0144807

83 yaşlı Əməkdar rəssam Rafayel Muradov

83 yaşlı rəssam, Sultan Məhəmməd mükafatı laureatı Rafayel Muradov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. O, uzun illərdir ki, Azərbaycan təsviri sənətinin inkişafına töhfə verən sənətkarlardan biri kimi tanınır. 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Rafayel Muradov 2002-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, eləcə də Türkiyə, Almaniya və digər ölkələrin qalereyalarında, şəxsi kolleksiyalarda qorunur. Yaradıcılığı ərzində çoxsaylı fərdi və kollektiv sərgiləri təşkil olunub, əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanıb. Rəssamın yağlı boya ilə işlədiyi tablolar, qrafika nümunələri, natürmortlar, mənzərələr və portretlər onun zəngin daxili aləmini, həyat və insan haqqında düşüncələrini əks etdirir. Rafayel Muradov üçün rəng sadəcə təsvir vasitəsi deyil, hisslərin və duyğuların ifadəsidir. O hesab edir ki, həyatın bütün rəngləri elə həyatın özündə gizlidir və hər bir insan dünyanı öz duyğularının rəngində görür. Uzun illərin təcrübəsini sənətə sevgisi ilə birləşdirən Rafayel Muradov bu gün də yaradıcılığını Buzovnada yerləşən emalatxanasında davam etdirir.

Digər fotolar
arrow-up