Kateqoriyalar
Sırala
ID 0144837

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşa öncəsi qrim prosesi

Teatr tamaşalarında qrim prosesi obrazın səhnədə daha dolğun və təsirli görünməsində mühüm rol oynayır. Səhnə işıqları, kostyumlar və personajın xarakterinə uyğun hazırlanan qrim aktyorun yaratdığı obrazın tamaşaçıya daha inandırıcı çatdırılmasına xidmət edir. Tamaşadan əvvəl qrim otaqlarında aparılan hazırlıq mərhələsi isə teatrın ən maraqlı və yaradıcı proseslərindən biri hesab olunur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında nümayiş olunan tamaşanın səhnəarxası hazırlıq prosesi də məhz bu yaradıcı atmosferi əks etdirir. Aktyor heyətinin tamaşaya hazırlıq anları, qrim otağındakı iş prosesi və səhnəyə çıxışdan əvvəlki son hazırlıqlar teatrın görünməyən, lakin ən zəhmətli tərəflərindən birini nümayiş etdirir. Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), Əməkdar artistlər Anar Heybətov (Knyaz Xasay), Elşən Cəbrayılov (Seyid Hüseyn), Xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah) kimi aktyorların yer aldığı tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.

Teqlər
Digər fotolar
arrow-up