Kateqoriyalar
Sırala
ID 0144950

"Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı panel

31-ci Bakı Enerji Həftəsi çərçivəsində aparıcı və strateji enerji dialoqu məkanı hesab olunan Bakı Enerji Forumuna bu gün yekun vurulacaq. Formda gün ərzində "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi", "Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi", "Qaz sessiyası - bazarlar, nəqliyyat marşrutları və geopolitika", "Təmiz enerji innovasiyaları və regional əməkdaşlıq: davamlı gələcək üçün həllərin genişləndirilməsi", "Enerji Körpüləri: Yaşıl Enerjidən Regional İnteqrasiyaya", "Enerjinin Gələcəyi: Data Mərkəzləri, Hidrogen və SMR-lər" adlı panel sessiyalar, həmçinin müxtəlif mövzularda müzakirələr keçiriləcək. Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən foruma dünən start verilib. 

Digər fotolar
icon
arrow-up