Kateqoriyalar
Sırala
ID 0145010

"Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans keçirilir. Konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunur. Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bildirib ki, Qərbi Azərbaycan irsinin gənc nəsil arasında təbliği ali təhsil müəssisələrinin əsas missiyasıdır. Onun sözlərinə görə, hazırda Qərbi Azərbaycan torpaqlarından didərgin salınan soydaşların o tarixi torpaqlara qayıdışı əsas məsələlərdəndir.

Digər fotolar
icon
arrow-up