Kateqoriyalar
Sırala
ID 0145118

Pianoçu Ülviyyə Abdullayeva

Pianoçu Ülviyyə Abdullayeva Bakı Musiqi Akademiyasının, Münxendəki Rixard Ştraus Konservatoriyasının və Nürnberq Musiqi Akademiyasının məzunudur. 20 ildən artıqdır Almaniyada yaşayan Ülviyyə Abdullayeva görkəmli musiqiçi, Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev və pianoçu Almaz Mehdiyevanın qızıdır. O, həm yerli, həm də beynəlxalq səviyyədə uğurlu konsert proqramları ilə çıxış edir və ispan rəssamı Nani Boronat ilə birgə "Əlhambradan Şirvanşahlara qədər" adlı layihənin müəllifidir.

Digər fotolar
arrow-up